Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Suriya mövzusunda Ər-Riyadda keçirilən görüş çərçivəsində Böyük Britaniyanın Xarici İşlər Naziri Devid Lemi ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.
Xatırladaq ki, Ər-Riyadda Suriyadakı vəziyyətə həsr olunmuş ərəb xarici işlər nazirlərinin görüşü keçirilir. Danışıqlara Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Faysal bin Fərhan Əl Səud sədrlik edir. İştirakçılar arasında Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani, BƏƏ, Livan, Küveyt, Misir və Türkiyənin xarici işlər nazirliklərinin nümayəndələri iştirak ediblər.
Bizim.Media