EN

Fidan: Suriyanın ərazi bütövlüyü və birliyinin qorunması əsas prioritetimiz olaraq qalmalıdır

“Bu kritik dövrdə biz beynəlxalq ictimaiyyətin gözləntiləri ilə Suriyadakı yeni administrasiyanın üzləşdiyi reallıqlar arasında incə balansı təmin edərək, balanslaşdırıcı qüvvə kimi hərəkət etməliyik. Səylərimizin daha səmərəli olması üçün əlaqələndirmə mexanizmi və ya müvafiq komitələr yarada bilərik. Biz Suriyada sanksiyaların götürülməli olduğu prioritet sahələri müəyyən etməliyik. Həmçinin Suriyanın ərazi bütövlüyü və birliyinin qorunması əsas prioritetimiz olaraq qalmalıdır”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ər-Riyadda təşkil olunmuş Suriya üzrə görüşdə bildirib.

Fidan həmçinin qeyd edib ki, “Suriya Demokratik Qüvvələri” (SDQ) kürd koalisiyası Suriyanın yeni administrasiyasına səmimi şəkildə inteqrasiya olmaq istəyirsə, özünü buraxmalıdır. Onun sözlərinə görə, “terror təşkilatı Fəratın şərqindəki ərəb çoxluğu üçün ciddi təhlükə təşkil etməyə və Suriya xalqına lazım olan təbii sərvətləri qarət etməyə davam edir”. XİN başçısı bununla əlaqədar bildirib ki, Türkiyə və ərəb ölkələri Suriyanın yeni iqtidarının İŞİD-lə səmərəli mübarizə aparmaq qabiliyyətini gücləndirmək üçün birlikdə işləyə bilərlər.

Chosen
11
ikisahil.az

1Sources