"Tramp administrasiyası lazım bildiyi təqdirdə, hərbi güc də daxil olmaqla Qrenlandiyaya qarşı bütün tədbirləri nəzərdən keçirməyə hazırdır".
Publika.az ABC telekanalına istinadla xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz deyib.
"Prezident Tramp həmişə bütün variantları açıq qoyur, lakin mövcud razılaşmaları dəyişdirməyin bir çox yolu da var", - deyə Uolz ABŞ-ın adaya qarşı potensial hərbi əməliyyatı barədə suala cavab verib.
Qeyd olunubki, Qrenlandiya 2019-cu ildə Tramp adanı Danimarkaya satmağı təklif edəndə artıq ABŞ-da müzakirə mövzusu olub. Bu təklif Danimarka hökumətinin son dərəcə mənfi reaksiyasına səbəb olub.
Bir gün əvvəl Pentaqonun keçmiş əməkdaşı Duqlas MakKinnon ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Kuba və KXDR daxil olmaqla bir sıra əraziləri əldə etmək imkanını nəzərdən keçirə biləcəyini söyləyib.