EN

Digah qəsəbəsində gölün səviyyəsi 4-5 ildə rekord səviyyədə artdı – Sakinlər NARAHATDIR VİDEO

Göl daşıb, həyətləri, evləri su basıb...

Xezerxeber.az xəbər verir ki, söhbət Abşeron rayonu, Digah qəsəbəsi Bakıxanov küçəsindən gedir.

Sakinlər deyirlər ki, 4-5 il əvvəl gölə çatmaq üçün piyada xeyli məsafə qət edirdilərsə, indi suyun artması səbəbindən göl gəlib onların evinə çatıb. Problemdən müvəqqəti çıxış yolu kimi Digah bələdiyyəsi yola maşınlarla kərpic qırıntısı tökdüyündən hələ ki, bu küçədə hərəkət etmək mümkündür.

Sakinlər hər il gölün səviyyəsinin daha da artdığını deyirlər.

Məsələ ilə bağlı Digah bələdiyyəsindən "Xəzər xəbər"ə bildirildi ki, son dövrlər yağışlar çox yağdığından Mehdiabad ərazisindən gələn su gölün səviyyəsini artırıb. Nəticədə bəzi ərazilərdə su həyətlərə dolub. Bələdiyyədən o da qeyd edildi ki, sabah əraziyə müvafiq texnikalar cəlb olunacaq və həyətlərə dolan suyun çəkilməsi təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
15
17
xezerxeber.az

10Sources