EN

Ramanı sakinləri tullantı sularından əziyyət çəkirlər VİDEO

Su basan həyətlər, gölməçə içərisində qalan evlər...

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Sabunçu rayonu, Ramanı qəsəbəsi Hüseyn Arif küçəsindəndir.

Sakinlər deyirlər ki, ərazidə mərkəzləşmiş kanalizasiya sistemi olmadığından 5 aydan çoxdur ki, evləri su içində qalıb

Onlar bildirir ki, aidiyyəti qurum tərəfindən əraziyə dəfələrlə baxış keçirilsə də heç bir iş görülməyib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “ Xəzər Xəbər”ə bildirildi ki, qeyd olunan ünvandakı həyət evlərinin olduğu ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil.

Şəbəkənin mövcud olmadığı ərazilərdə kanalizasiya sisteminin qurulması istiqamətində layihə sənədləri hazırlanıb. Layihələrin icrası sistemin mövcudluğu, texniki vəziyyət nəzərə alınmaqla həyata keçiriləcək. İnşası ilə bağlı işlər isə plana uyğun olaraq mərhələlərlə aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
24
1
xezerxeber.az

2Sources