Alp dağlarının İtaliyanın şimalındakı Piemont regionundan keçən hissəsində 5 nəfər qar uçqunu altında qalıb. Bu barədə Manset.az İtaliyanın “Rainews24” telekanalına istinadən xəbər verir. Qar uçqunundan sonra bölgədə axtarış-xilasetmə işləri başlayıb. Qeyd edilir ki, təbii hadisə nəticəsində 3 nəfər həyatını itirib, 2 nəfər xilas edilib. Zərəçəkənlər xəstəxanaya aparılıb. Onların xizəkçi və ya turist olduqarı hələ məlum deyil.