EN

İngiltərə Kuboku: "Mançester Yunayted" penalti seriyasında qalib gəldi

Futbol üzrə İngiltərə Kubokunun 1/32 final mərhələsinin mərkəzi oyunu baş tutub.

Oxu.Az xəbər verir ki, Londonda keçirilən oyunda Mikel Artetanın rəhbərlik etdiyi "Arsenal" Ruben Amorimin "Mançester Yunayted"ini qəbul edib.

Oyunun əsas vaxt 1:1 hesabı ilə başa çatıb. "Mançester Yunayted"dən 52-ci dəqiqədə Fernandeş, "Arsenal"dan isə 63-cü dəqiqədə Maqalyans fərqlənib. Uzatma dəqiqələrində də hesab dəyişmədiyinə görə oyunda penaltilər seriyası baş tutub.

Chosen
4
2
demokrat.az

3Sources