EN

Trüdo istefa verdikdən sonra istirahət etməyi planlaşdırır

Kanadanın baş naziri Castin Trüdo yaxın aylarda istefa verdikdən sonra bir müddət istirahət etməyi və uşaqları ilə daha çox vaxt keçirməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, hökumət başçısı MSNBC-yə müsahibəsində planlarını bölüşüb.

"Mən bir az istirahət etməyi, bir az fasilə verməyi və uşaqlarımla daha çox vaxt keçirməyi səbirsizliklə gözləyirəm", - Trüdo deyib.

Trüdonun üç övladı var. 2023-cü ildə həyat yoldaşı Sofi Qrequardan boşandı.

Chosen
13
ucnoqta.az

1Sources