EN

Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağına söz verib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçmiş müşaviri Stiven Bennon sahibkar İlon Maskı “həqiqətən pis adam” adlandırıb...

Poliqon xəbər verir ki, Bennon bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib. Keçmiş müşavir yanvarın 20-nə planlaşdırılan yeni dövlət başçısının andiçmə mərasiminə qədər biznesmeni Ağ Evdən “qovmağa” çalışacağını bildirib.

“Maskın Ağ Evə tam girişi olmayacaq. O da hamı kimi olacaq” deyə deyə Bannon söz verib.

Bennon həmçinin Maskı “texnofeodalizm” tərəfdarı kimi gördüyünü bildirib. Respublikaçının keçmiş müşaviri iş adamına vətəni Cənubi Afrikaya qayıtmağı məsləhət görərək, “Tesla”nın yaradıcısının yeganə məqsədinin “trilyonçu olmaq” olduğunu vurğulayıb.

Xatırladaq ki, İlon Mask respublikaçıların seçki kampaniyasına 250 milyon dollardan çox pul xərcləyib. Biznesmen həmçinin Trampın xarici liderlərlə telefon danışıqlarında iştirak edir və medianın məlumatına görə, yeni administrasiyanın formalaşmasına təsir göstərir.

Poliqon.info

Chosen
20
5
poliqon.info

10Sources