EN

“Tarixdə bu gün”- Milli Qəhrəman Mehdi Abbasov şəhid olub

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

13 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

13 yanvar 1813-cü ildə Çar Rusiyasının ordusu Talış xanlığının Lənkəran şəhərini işğal edib:

 

Rusların əsas məqsədi İranın iki addımlığında olan bu xanlığı ələ keçirmək və Azərbaycanı parçalamaq üçün burada hərbi istehkamlarını möhkəmləndirmək idi. Eyni zamanda İranla aparılan danışıqlarda üstünlük əldə etmək üçün Ərdəbilə qədər yerimək düşüncələri vardı.

 

13 yanvar 1918-ci ildə silahlı erməni dəstələri Zəngəzur qəzasının Pulkənd yaşayış massivinə basqın edərək 19 dinc sakini qətlə yetirib, ərazidə olan bütün tikililər yandırılıb.

 

13 yanvar 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Mehdi Abbasov şəhid olub:

 

Mehdi Abbasov döyüşlərdə göstərdiyi şücaətə görə 4 dəfə Daxili İşlər Nazirliyinin mükafatına layiq görülüb.

 

Onun son döyüşü 13 yanvar 1992-ci ildə olub. Məlikcan postu ətrafında qızğın döyüşlər gedirdi. Mehdi həmişə olduğu kimi yenə də ön xəttdə vuruşub. Bu ölüm-dirim mübarizəsində snayper gülləsi onu başından ağır yaralayıb. Döyüş dostu onu, çətinliklə də olsa, təhlükəli zonadan çıxara bilib. Lakin güllə öz işini görüb. Həmin gün o, əbədi olaraq gözlərini yumub.

 

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli 831 saylı Fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

 

13 yanvar 1999-cu ildə Xalq artisti Barat Şəkinskaya vəfat edib:

 

O, Akademik Milli Dram Teatrında, Gəncə teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

Chosen
10
azedu.az

1Sources