EN

Həbib təyyarədən qovulmasından danışdı: "Təxribat idi"

Ötən gün Los-Ancelesə uçan təyyarədən endirilən  UFC döyüşçüsü Həbib Nurməhəmmədov hadisəyə münasibət bildirib.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, o, oturduğu yerin dəyişdirilməsini xahiş edən stüardessanın davranışını təxribat adlandırıb.

İdmançı qeyd edib ki, o, Alyaska Hava Yolları ilə deyil, Frontier Hava Yolları ilə uçurmiş. Həbib iddia edir ki, stüardessa əvvəlcə ona qarşı çox kobud davranıb. Nurməhəmmədov qeyd edib ki, o, “sakit qalmaq və təxribata uymamaq üçün mümkün olan hər şeyi edib” və insanları “daha ​​mehriban olmağa” çağırıb.

“Mən düzgün ingiliscə danışsam və hər şeyi başa düşsəm də, o, məni oturduğum yerdən durğuzmaqda israr etdi. Bunun nə səbəbi var idi - irqi, milli və ya başqa, mən dəqiq deyə bilmərəm”, - o, "nstaqramda yazıb.

Həbibin sözlərinə görə, qısa söhbətdən sonra stüardessa mühafizəyə zəng edib və idmançı təyyarədən endirilib. Nurməhəmmədov əlavə edib ki, saat yarım sonra başqa təyyarəyə minib.

Chosen
2
6
demokrat.az

7Sources