EN

Senator Riş: Tramp ABŞ-ni NATO-dan çıxmayacaq, əksinə onu gücləndirəcək...

Respublikaçı senator Cim Riş bildirib ki, Donald Trampın prezidentliyi dövründə ABŞ NATO-dan çıxmayacaq, əksinə Şimali Atlantika Alyansının güclənməsinə çalışacaq...

Poliqon xəbər verirb ki, senator bu barədə Fox News telekanalına bildirib.

“Düşünürəm ki, Rusiyanın hərəkətləri sayəsində indi hamı başa düşür ki, NATO-nun yaradıcıları bizim ayağa qalxıb birləşməli olmağımız qənaətindədirlər”, qeyd edən Riş əlavə edib ki, heç kəs ABŞ-nin NATO-dan çıxmasını düşünmür.

Eyni zamanda senator qeyd bildirib ki, Vaşinqton müttəfiqlərini müdafiə xərclərini artırmağa sövq edəcək. O, Avropa ölkələrinin ABŞ-dən nümunə götürməli olduğunu və müdafiə xərclərinin artırılmasına Avropa ölkələrinin həqiqətən ehtiyacı olduğunu vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp NATO-ya üzv ölkələrin hərbi xərclərini ÜDM-nin 5%-ə çatdırmağa çalışacağını bildirib. Seçilmiş prezident qeyd edib ki, NATO ölkələri ÜDM-in 2%-i həcmində maliyyələşmə ilə qarşıya qoyulan məqsədlərə nail ola bilməyəcəklər.

Poliqon.info

Chosen
10
29
poliqon.info

10Sources