Bu günə qədər Rusiyanın Kursk vilayətində Şimali Koreyanın hərbi kontingentinin 300-ə yaxın hərbi qulluqçusu həlak olub.
Missiya.Az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatı məlumat yayıb.
Bildirilir ki, Şimali Koreya qoşunlarının bölgədəki ümumi itkiləri bu gün təxminən 3 min nəfər təşkil edir, onlardan 300-ü ölüb, 2700-ü yaralanıb.
Qeyd edək ki, bir müddət öncə xarici kəşfiyyat orqanları Şimali Koreyanın Rusiyaya 12 min hərbçi göndərdiyi barədə məlumat yayıb.
Daşqın HəsənovMissiya.Az