EN

Belçikada pensiya və sosial ödənişlərin azaldılmasına qarşı ümummilli tətil başladı – ÖZƏL

Bazar günü axşam Belçikada pensiya və sosial ödənişlərin 3 milyard avro azalmasına qarşı ümummilli tətil başlayıb. 

Olaylar.az xəbər verir ki, krallığın üç ən iri həmkarlar ittifaqının məlumatına görə, etiraz aksiyası 24 saat davam edəcək.

Tətilə artıq müəllimlər, ictimai nəqliyyat işçiləri, dəmir yolu və hava limanı əməkdaşları, o cümlədən təhlükəsizlik xidmətləri, yük daşıyıcıları, həbsxana nəzarətçiləri, poçt işçiləri, yanğınsöndürənlər və kommunal xidmətlər qoşulub. RTBF telekanalının məlumatına əsasən, şəhər nəqliyyatı demək olar ki, işləməyəcək, şəhərlərarası qatar və avtobusların yalnız üçdə biri fəaliyyət göstərəcək, təxminən 70% aviareyslər ləğv edilib.

Polis Brüsseldə avtomobillə hərəkətdən çəkinməyi tövsiyə edib, çünki şəhərdə böyük tıxacların yaranacağı gözlənilir. Bundan əlavə, şəhər mərkəzi etiraz yürüşünə görə bağlanacaq. Həmkarlar ittifaqları nümayişə 50 min ilə 100 min nəfər arasında iştirakçının qoşulacağını proqnozlaşdırır. Şəhər rəhbərliyi nümayişin keçirilməsinə icazə verib.

Etiraz aksiyasına səbəb ölkə büdcəsində sosial xərclərin ildə 3 milyard avro azalmasını nəzərdə tutan planlar olub. Bu planları baş nazirliyə namizəd, sağ radikal partiya olan "Yeni Flamand Alyansı"nın sədri Bart De Vever hazırlayıb. O, xüsusilə, ölkənin hərbi xərclərinin artırılmasını dəstəkləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
olaylar.az

1Sources