EN

Heydər Əliyev Beynəlxalq Aeroportu ötən il 7,5 milyondan çox sərnişinə xidmət edib

2024-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 7,537 milyon sərnişinə xidmət göstərib.

Hava limanının mətbuat xidmətinin məlumatına görə bu göstərici 2023-cü illə müqayisədə 31 % çoxdur.

Məlumata əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ili infrastrukturun inkişafı, sərnişin axınının əhəmiyyətli artımı və regionun aparıcı aviasiya mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsi ilə başa vurub.

Ötən il 59 238 uçuş həyata keçirilib, marşrut şəbəkəsi isə 80 istiqaməti əhatə edib. Hava limanından sərnişinlərə 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 40 aviaşirkət vasitəsilə Avropa, Asiya və Yaxın Şərqi əhatə edən geniş səyahət imkanları təqdim olunub.

Beynəlxalq reyslərdə xarici aviaşirkətlər 3,495 milyon, milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" (AZAL) isə 3,314 milyon sərnişin daşıyıb. Xüsusilə tranzit daşımalarında yüksək artım qeydə alınıb: tranzit sərnişinlərin sayı 130 % artaraq 373 383 nəfərə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
8
1
banco.az

4Sources