EN

Polşa hərbçiləri yüzlərlə mina itirməkdə günahlandırılır

Dörd Polşa əsgəri 2024-cü ilin iyununda 240 ədəd tank əleyhinə minanı itirməkdə və silah-sursatlara düzgün nəzarət etməməkdə ittiham olunub. İtirilən minalar daha sonra IKEA anbarında tapılıb.

Herbiand.az bildirir ki, bu barədə RBC agentliyi Poznan şəhər rayon prokurorluğunun nümayəndəsi Lukaş Vavjinyaka istinadən məlumat yayıb.

"İş silah-sursatın boşaldılması zamanı səhlənkarlıqdan gedir və onları 5 ilə qədər həbs gözləyir. Şübhəlilərdən heç biri günahını etiraf etməyib", - Vavjinyak deyib.

Ötən il yayda Polşanın şimal-qərbindəki Şeçin şəhəri yaxınlığında əsgərlər anbara çatdırılmalı olan hərbi texnika daşıyan qatarı boşaldan zaman qatarda yüzlərlə mina olan bir neçə qutu qalıb. Sonra qatar həmin mərmilərlə yoluna davam edib. Prokurorun sözlərinə görə, əmlak qəbz zamanı səhv hesablanıb və yalnız bir müddət sonra məlum olub ki, bütün yük qəbul olunmayıb.

IKEA Industry Poland şirkətinin prezidenti Malqojata Dobies-Turulska bildirib ki, minalar iyulun 16-da IKEA-ya məxsus anbarda tapılıb. Qutular həmin gün hərbi polis tərəfindən götürülüb. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış RMF radiosuna bildirib ki, hadisədən sonra "təhlükəsizlik prosedurları, izahat prosedurları, hazırlıq və təlimlə bağlı düzəldici tədbirlər" də daxil olmaqla "bütün lazımi tədbirlər görülüb".

Bəxtiyar CƏFƏRLİ

Chosen
19
herbiand.az

1Sources