EN

Britaniyanın kimya sənayesi yox ola bilər

Bakı. Trend:

Böyük Britaniyanın kimya sənayesi yoxa çıxmaqastanasındadır.

Trend “Times”nəşrinə istinadən xəbər verir ki, bunu “İneos” kimya şirkətininrəhbəri Cim Retkliff bildirib.

Onun sözlərinə görə, buna səbəb yanacaq daşıyıcılarınınqiymətlərinin və karbon tullantılarına tətbiq olunan vergilərinyüksək olmasıdır. Nəticədə Britaniyanın sintetik etanol istehsaledən sonuncu zavodu bu yaxınlarda məsrəflərin gəlirləriüstələməsinə görə fəaliyyətini dayandırıb.

Hazırda Böyük Britaniya dərman preparatlarından tutmuş, boyalaravə kosmetik vasitələrə qədər geniş çeşid məhsulların istehsalındaistifadə olunan sintetik etanolun idxalından tamamilə asılıvəziyyətdə qalıb.

Bundan əvvəl Böyük Britaniya iqtisadiyyatının 2020-ci ilinbaharından bəri ilk dəfə olaraq ÜDM-nin davamlı şəkildə aşağıdüşməsi ilə üzləşib.

Məqalədə:
Chosen
18
az.trend.az

1Sources