Məlumata görə, tərəflər arasında razılaşma İraq ərazisində aparılıb, lakin "Türkiyə Silahlı Qüvvələrinin ərazidə güclü nəzarəti səbəbi ilə" PUA-lar terrorçulara hələlik təhvil verilməyib.
"Türkiyənin təzyiqi fonunda PKK yeni üsullar axtarmağa məcbur qalıb. Belə ki, terrorçular PUA-ları hissə-hissə Suriya ərazisinə keçirməyə çalışsalar, bu planın uğurlu alınıb-alınmaması qeyri-müəyyən qalır", - mənbə yazır.
Bildirilir ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi nəticəsində bu ölkədə öz təsirini itirən İran terror təşkilatları vasitəsilə nüfuzunu yenidən artırmağa çalışır.
Firudin Həmidli
AzVision.az