EN

Polkovnik: Qərbin Ermənistanı sürətlə silahlandırması regional sülh üçün böyük təhdiddir

Bakı, 13 yanvar, AZƏRTAC

Fransa və eləcə də Avropa İttifaqının Sülh Fondunun Ermənistanı sürətlə silahlandırması regional sülh üçün böyük təhdiddir və Qərbin məkrli məqsədlərindən xəbər verir.

AZƏRTAC xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik qeyd edib ki, Qərbin Ermənistana silah yardımı İrəvanı sülhdən uzaqlaşdıran ən mühüm amildir: “Qərbin müxtəlif dairələri Ermənistanı silahlandırmaqla Cənubi Qafqazdakı sülh prosesinə mane olur, İrəvanı sülhdən çəkindirirlər. Onlar bununla Ermənistandakı revanşist qüvvələri yeni qarşıdurmalara təhrik edirlər ki, bu da region üçün ciddi təhdiddir.

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Qərbin həmin siyasətini tənqid etdi, bunun doğuracağı fəsadlara diqqət çəkdi. Jurnalıstlərin suallarına cavab verərkən dövlət başçısı qeyd etdi ki, Qərb Ermənistanı silahlandırmaqdan əl çəkməli, sülhə əngəl törətməməlidir. Qərb də, İrəvan da unutmamalıdır ki, yeni bir gərginlik Ermənistanın özü üçün fəlakət demək olacaq. Azərbaycan bununla bağlı bütün maraqlı tərəflərə dəfələrlə xəbərdarlıq edib, Ermənistanın silahlandırılmasının mümkün fəsadları haqqında beynəlxalq birliyi məlumatlandırıb. Buna görə də regionda baş verə biləcək istənilən gərginliyə görə məsuliyyət Ermənistan və onun havadarlarının üzərinə düşəcək”.

O, Azərbaycanın heç vaxt erməni faşizminin yenidən dirçəldilməsinə imkan verməyəcəyini bildirib: “Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizminə sarsıdıcı zərbə vuraraq təcavüzkarların uzun illər işğal altında saxladığı torpaqları azad etdi. Lakin bu gün biz görürük ki, bəzi qüvvələr erməni faşizmini yenidən dirçəltməyə, ona rəvac verməyə çalışır. Ancaq gərək onlar unutmasınlar ki, Azərbaycan heç vaxt buna yol verməyəcək. Faşizmin bütün təzahürləri kimi erməni təcavüzkarlığı da məhvə məhkumdur və Azərbaycan onun dirçəlməsinin qarşısını almaq üçün bütün gərəkli addımları atacaq”.

Chosen
4
1
azertag.az

2Sources