FİFA referisi Əli Cəbrayılov növbəti dəfə təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu futzal federasiyasının mətbuat xidməti açıqlayıb.
O, AVRO-2026-nın əsas mərhələsi çərçivəsində fevralın 1-də keçiriləcək Danimarka – Qazaxıstan matçında 3-cü hakim funksiyasını yerinə yetirəcək.
Birinci və ikinci referi kimi müvafiq olaraq slovaklar - Rastislav Behancin və Martin Matula təyin edilib. Hakim-inspektor İqor Baboviç (İsveç), UEFA nümayəndəsi Jyrki Filppu (Finlandiya) olacaq.
Azərbaycan Kubokunda 1/4 finalçılar məlum olub
“Qarabağ” - FCSB matçının biletləri satışa çıxır
“Şamaxı” legioneri ilə yollarını ayırıb
“Turan Tovuz” Türkiyədə məğlub olub
Rəşad Sadıqov: “Hazırlıq prosesi məni qane etmədi”