Bakı. Trend:
Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonraqarşı tərəfə regionda sülh və sabitliyə nail olunması məqsədiləsaziş imzalanması təklifi ilə çıxış etdi. Bu təklif beynəlxalqhüququn 5 baza prinsipi əsasında formalaşıb. Azərbaycan tərəfiErmənistandan haqlı olaraq konstitusion müstəvidə əraziiddialarından əl çəkilməsi, İrəvanın öz üzərinə götürdüyüdelimitasiya-demarkasiya prosesində konstruktiv mövqe, Zəngəzurdəhlizi də daxil olmaqla kommunikasiya xətlərinin açılması tələbiniirəli sürüb. Çünki bunlar yerinə yetirilmədiyi təqdirdə, sülhmüqaviləsinin imzalanması mümkün deyil.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı ArzuxanƏlizadə deyib.
Deputat bildirib ki, Qərbi Azərbaycandan deportasiya olunansoydaşlarımızın geri qaytarılması məsələsi Ermənistan rəhbərliyinindiqqətinə çatdırılıb, onlara Qərbi Azərbaycan İcması ilə təmaslaragirmək tövsiyə edilib:
“Buna baxmayaraq, Ermənistan rəhbərliyi hələ dəqeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir. Bunun əsassəbəblərindən biri də İrəvana havadarlıq edən güclər, Fransa vədigər dövlətin Ermənistanı sürətlə silahlandırmasıdır. Ermənistantərəfi silahlanma fonunda revanşist fikirlərlə gündəmə gəlir. Bu daheç bir halda qəbuledilən deyil. Əslində, məğlub olan tərəf buşəkildə silahlandırılmamalıdır. Ermənistanın silahlandırılması,revanşist addımlar atmağa təhrik edən silahlar verilməsi regiondasülh və sabitliyə çox ciddi təhdiddir və bu, gələcəkdə çox ciddifəsadlara gətirib çıxara bilər”.
Arzuxan Əlizadə xatırladıb ki, Azərbaycanın 4 kəndi hələ dəErmənistanın işğalı altındadır. Bu kəndlərin geri qaytarılması daəsas şərtlərdən biridir.
“Kommunikasiya xətlərinin açılması Azərbaycandan çox Ermənistanagərəklidir. Çünki Ermənistanın iqtisadiyyatı çökmüş vəziyyətdədir.Bunun əsas səbəblərindən biri də Ermənistanın işğalçılıq siyasətinəticəsində dalana dirənməsi və kommunikasiya imkanlarınınməhdudluğudur. Ermənistan yalnız Gürcüstan vasitəsilə Rusiyayaistiqamətlənən, həmçinin, sanksiyalar altında olan İranla damüəyyən kommunikasiya xəttinə malikdir. Ermənistan başa düşməlidirki, regionda ən azından mövcudluğunu qoruyub saxlaya bilmək üçünAzərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır.
Prezidentin konkret tələbləri də irəli sürüldü. Bu tələblərinböyük hissəsini əslində Ermənistan öhdəlik kimi öz üzərinə götürüb.Dövlət başçısı qəti şəkildə bildirdi ki, Azərbaycan bütün bunlaratamaşaçı qismində yanaşmayacaq, bu, uzun müddət belə davam edəbilməz. Ermənistan öhdəliklərini yerinə yetirməsə, silahlanmaqdadavam etsə, onu revanşist addımlar atmağa təhrik edən güclərinnəzarətindən çıxmasa, gələcəkdə onu çox ciddi problemlər gözləyəbilər. Bundan sonrakı hadisələrin gedişi Ermənistanın Prezidentİlham Əliyevin mesajlarından hansı formada nəticə çıxarmasındanasılı olacaq”, - deyə deputat qeyd edib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə isəTrend-əaçıqlamasında bildirib ki, Azərbaycan Ermənistanın işğal etdiyiətraziləri azad etsə belə, Ermənistan tərəfdən müəyyən problemlərqalmaqdadır:
“Hələ də Azərbaycanın 4 kəndi Ermənistanın nəzarətindədir, ikiölkə arasında sərhəd tam müəyyənləşməyib, qarşı tərəfdən təhlükələrgözlənilir. Kiçik və imkansız bir ölkə olmasına baxmayaraq,havadarları tərəfindən güclü şəkildə silahlandırılır, bu silahlarınnə vaxtsa, haradasa istifadə ediləcəyi tamamilə gözləniləndir.Burada məqsəd Ermənistan vasitəsilə Azərbaycana təzyiq etmək, onumüstəqil daxili və xarici siyasətindən imtina etməyə sövq etmək,Azərbaycanın təbii sərvətlərinə sahib olmaq, Azərbaycanı bəzi şərqölkələri kimi ciddi problemlər məngənəsinə atmaqdır. Azərbaycanınmüstəqil siyasəti, qətiyyəti, ölkə rəhbərliyinin milli maraqlarıəsas götürərək ölkənin maraqlarını ciddi surətdə müdafiə etməsibütün bu təzyiqlərin qarşısında duruş gətirməyə imkan verir”.
Aydın Mirzəzadə qeyd edib ki, Ermənistan onsuz da Azərbaycanlahər hansı yarışa girə bilməyəcək.
“Ermənistan Azərbaycana qarşı hər hansı təhlükə törədərsə,artıqlaması ilə cavabını alacaq. Xaricdən Ermənistana verilənyardımlar, dəstəklər isə ilk növbədə Ermənistanın özünündövlətçilik maraqlarına zərbə vurur. Seçimi Ermənistan etməlidir.Azərbaycanla nə qədər tez sülh müqaviləsi imzalayarsa, nə qədərnormal və mehriban qonşuluq münasibətləri qurmaq istəyərsə, İrəvanüçün daha faydalı olar”, - deyə millət vəkili vurğulayıb”.