EN

Lloyd Ostin ABŞ-ın müdafiə büdcəsini 1 trilyon dollara çatdırmağı təklif edib

Bakı, 13 yanvar, AZƏRTAC

ABŞ-ın müdafiə naziri Lloyd Ostin yaxın bir neçə ildə müdafiə büdcəsini 1 trilyon dollara çatdırmağı təklif edib.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, Pentaqonun rəhbəri müvafiq tövsiyəni Ağ evin idarəetmə və büdcə ofisinə göndərdiyi məktubunda yazıb.

Sənədə əsasən, Lloyd Ostin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasına müdafiə xərclərini artırmaq üçün beşillik plan təklif edib. O, məktubunda 2026-cı maliyyə ilində müdafiə ehtiyacları üçün əvvəllər planlaşdırılan 876,8 milyard dollar əvəzinə 926,5 milyard dollar ayrılmasını məqsədəuyğun saydığını bildirib. Pentaqon rəhbərinin planına əsasən, 2027-ci maliyyə ilində müdafiə xərcləri 1 trilyon dolları keçməlidir.

Müdafiə naziri, əsasən də Çinlə ittifaqların möhkəmləndirilməsi ilə bağlı müddəaların həyata keçirilməsinin zəruriliyinə diqqət çəkib.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden dekabrda ölkənin 2025-ci maliyyə ili üçün müdafiə büdcəsini 895 milyard dollar həcmində təsdiqləyib.

 

Chosen
11
4
azertag.az

5Sources