Meyxanaçı Rəşad Dağlının həbsindən sonra istər televiziyada milyonlarla tamaşaçı qarşısında, istərsə də sənət camiyası önündə həmkarı, yaxın dostu zindandan azad olmayacağı günə kimi daha meyxana deməyəcəyini bildirən Orxan Lökbatanlı vədini pozub.
Qeyd edək ki, sonuncu dəfə bir neçə gün öncə Zaur Kamalın verlişində qonaq olan O.Lökbatanlı aparıcının inadcasına təkid etməyinə baxmayaraq daha meyxana deməyəcəyini, Rəşad azadlığa çıxanda bunu edəcəyini bildirmişdi.