EN

Papoyan: Aİİ-dən çıxmaq fikrimiz yoxdur

Ermənistan hökuməti Aİİ-dən çıxmaq məsələsini nəzərdən keçirmir.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Gevork Papoyan bildirib.

"Hazırda Ermənistan Aİİ-nin üzvüdür və qurumdan çıxmaq məsələsi Ermənistan hökumətinin gündəliyində deyil", - deyən nazirin sözlərinə görə, Ermənistanın Avropa İttifaqına üzvlük gündəliyi paralel gündəmdir:

"Vəzifəmiz bu gündəmləri müzakirə etmək deyil, iqtisadiyyatımızın rəqabət qabiliyyətini artırmaqdır. Ermənistanın Aİ-də, Aİİ-də və ya harada olmasının fərqi yoxdur. İqtisadiyyatımız rəqabət qabiliyyətini artırmalı, məhsuldarlığımız artmalıdır".


Telegram kanalımız
Chosen
13
35
yenisabah.az

10Sources