EN

Ötən il itkin düşmüş kişini arvadı yox, oğlu öldürüb - Baş Prokurorluqdan AÇIQLAMA

Bakı. Trend:

Ötən il itkin düşmüş Salyan sakininin arvadı tərəfindən yox,oğlu tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən olunub.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətininməlumatında deyilir.

Bildirilib ki, prokurorluq və polis əməkdaşlarının birgəfəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyanrayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdənöldürülməsi müəyyən olunub. Röyal Hüseynovun meyitinin olduğu yermüəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı iləçıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.

İstintaqın ilkin mərhələsində Röyal Hüseynovun arvadı 1986-cı iltəvəllüdlü Mətanət Hüseynova cinayəti törətməkdə şübhəli şəxsqismində saxlanıb, lakin növbəti gün davam etdirilən intensivistintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunansübutlarla cinayətin zərərçəkmişin yetkinlik yaşına çatmayan oğlutərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Mətanət Hüseynova sərbəst buraxılıb, cinayəti törətməkdə şübhəlibilinən yetkinlik yaşına çatmayan şəxs təqsirləndirilən şəxsqismində cəlb olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidaiaraşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq davam etdirilir.

Chosen
13
44
az.trend.az

10Sources