EN

Kansler o olarsa, Ukrayna bütün silahlarla təmin olunacaq: Rusiyadan əndişəli ŞƏRH

Fridrix Mersin başçılıq etdiyi müxalifət bloku Almaniyada keçiriləcək seçkilərdə qalib gəlsə, Berlin uzaqmənzilli raketləri və Ukrayna Silahlı Qüvvələri üçün lazım olan bütün silahları Ukraynaya təhvil verəcək.

Publika.az xəbər verir ki, bu barədə Alman Araşdırmaları Mərkəzinin rəhbəri Vladislav Belov "RİA Novosti"yə danışıb.

Ekspert Fridrix Mersin hakimiyyətə gələcəyi təqdirdə Moskva ilə Berlin arasında münasibətlərin korlanmasının qaçılmaz olduğunu qeyd edib.

“Hələlik hakim koalisiyanı kimin quracağı bəlli deyil. Hər halda Mers Kiyevə mümkün qədər çox silah ötürməyə çalışacaq. Ən azı bir il çəkəcək, amma o, məqsədinə çatacaq”, - Belov bildirib.

Onun sözlərinə görə, Şolts başa düşür ki, Moskvanın qeyd etdiyi qırmızı xətləri keçmək olmaz və Almaniya Ukraynaya uzaqmənzilli raketlər ötürsə, Moskvadan “sərt cavab” gələcək. Lakin Mers belə hadisələrdən qorxmur.

Chosen
8
publika.az

1Sources