Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun şərəfini qoruduğu "Vasas Obuda" 12-ci turda "KNRC" klubu ilə üz-üzə gəlib. 

Rəqib meydanın baş tutan görüş voleybolçumuzun komandasının üstünlüyü il keçib. Ayşən və rəfiqələri 3 hussə davam edən matçda meydan sahiblərini quru hesabla məğlub ediblər - 3:0 (25:15, 25:18, 25:19). 

Komandasının çətinlik çəkmədiyi qarşılaşmada yığmamızın və "Vasas Obuda"nın kapitanı 10 dəfə fərqlənib. Abduləzimova bu xallardan 7-ni hücumda, 3-nü isə blokda qazanıb.

Qeyd edÉ™k ki, məğlubiyyÉ™tsizlik seriyasını davam etdirÉ™n "Vasas Obuda" 35 xalla turnir cÉ™dvÉ™linÉ™ başçılıq edir.Â