EN

Kreml "Rosatom"la bağlı məlumat yaydı

Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom” ABŞ-ın yeni sanksiyalarına baxmayaraq beynəlxalq fəaliyyətini davam etdirəcək.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə məlumat yayıb.

ABŞ-ın Rusiya enerji sektoruna tətbiq etdiyi sanksiyaları tənqid edən Peskov bildirib ki, indiki dünyada enerji təchizatı yollarının bu şəkildə kəsilə bilməyəcəyi dəfələrlə sübuta yetirilib: 

"Bir yerdə bir şey kəsilsə, başqa yerdə alternativ variantlar ortaya çıxacaq. Təbii ki, bu cür qərarlar beynəlxalq enerji bazarlarının da müəyyən dərəcədə sabitsizləşməsinə səbəb olacaq". 

Əli Hüseynov

Chosen
2
2
bakivaxti.az

5Sources