EN

Bakıda 2,8 milyona gəmi satışa çıxarıldı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansında olan su nəqliyyatı vasitələri təkrar satışa çıxarılır.

Olaylar.az-ın əldə etdiyi məlumata görə, siyahıda 35 ədəd müxtəlif su nəqliyyat vasitəsi yer alıb.

Məlumata görə, satışa çıxarılan su nəqliyyat vasitələrindən ən köhnə olanın buraxılış ili 1984, ən yenisinin isə 2011-dir. Onların start qiyməti isə istehsal ilindən asılı olaraq 2 850 manatdan 2 185 000 manatadək, ödəniləcək 10% behin həcmi isə 285 manatdan 285 min manatdadək dəyişir.

Hərrac 13 fevral 2025-ci il tarixində saat 10:00-da təkrar keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.

Ünvan: AZ1003, Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
6
olaylar.az

7Sources