“Leççe”nin futbolçusu Patrik Dorqu karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Fənərbağça” cinah müdafiəçisinin xidmətində maraqlıdır. Bu barədə “Sözcü” nəşri məlumat yayıb. İtaliya təmsilçisi Dorqu üçün 20 milyon avro tələb edir.
“Fənərbağça” məbləği endirməyə çalışır. Tərəflər arasında danışıqlar davam edir.
Dorqu bu mövsüm 18 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.