EN

Azərbaycanlı pianoçu Leyla Zeynalova ABŞ-da böyük uğur qazandı - FOTOLAR

Azərbaycanlı pianoçu Leyla Zeynalova ABŞ-da keçirilən 2025 Ann & Charles Eisemann Beynəlxalq Piano Müsabiqəsində (Ann & Charles Eisemann International Young Artists Competition for Piano) II yerə layiq görülüb.

QHT.az xəbər verir ki, müsabiqə yüksək rəqabətli mühitdə təşkil olunmuş və iştirakçılar 3 mərhələni keçdikdən sonra finala çıxmışdır. Leyla Zeynalova final mərhələsində D. Şostakoviçin 2 nömrəli konsertini (F major, Op. 102) məharətlə ifa edərək münsiflər heyətinin və dinləyicilərin böyük rəğbətini qazanıb.

Bu uğur Leyla Zeynalovanın istedadı və peşəkarlığının beynəlxalq səviyyədə tanınmasının növbəti sübutudur. O, Azərbaycanın musiqi ənənələrini dünyada layiqincə təmsil edərək xalqımızı qürurlandırır.

Qeyd edək ki, Leyla Zeynalova Bard Kollecinin Longy Musiqi Məktəbinin (Longy School of Music of Bard College) tələbəsidir. Ann & Charles Eisemann Beynəlxalq Piano Müsabiqəsi gənc istedadların üzə çıxarılması və dəstəklənməsi məqsədilə keçirilir və dünyanın müxtəlif ölkələrindən ən istedadlı musiqiçiləri bir araya gətirir.

Chosen
6
qht.az

1Sources