Dünya İqtisadi Forumunun hökumət texnologiyalarının qlobal ictimai təsiri ilə bağlı hesabatında Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələri, iqtisadiyyatın rəqəmsallaşması üzrə əldə edilmiş uğurlar xüsusi vurğulanıb:
– İqtisadi səmərəlilik və sosial fayda;
– Strateji biznes imkanları;
– Dövlət xidmətlərinin həyata keçirilməsində özəl sektorun iştirakı.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
Nazir vurğulayıb ki, dövlət-özəl tərəfdaşlığının inkişafı ölkəmizdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində effektiv nəticələr verir. Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi özəl sektorun təşəbbüslərini və investisiya qoyuluşlarını artırır.