7NEWS.az xəbər verir ki, son açıqlamaları ilə gündəmdə olan Meta CEO-su, Facebook, Instagram və WhatsApp-ın sahibi Mark Zukerberqin WhatsApp mesajlarının məxfiliyi ilə bağlı verdiyi etiraf bomba kimi gündəmə gəlib. Covid dövründə peyvəndin yan təsirləri ilə bağlı mənfi yazıların senzuraya məruz qaldığını etiraf edən Zukerberq, bu dəfə WhatsApp mesajlarının CIA tərəfindən oxuna biləcəyini söylədi.