EN

"Artıq sona yaxınlaşırıq" - Qərbdə yeni təhlükə səbəbindən narahatlıq yaranib

"Artıq

Orta temperaturun 1,5 dərəcə Selsi səviyyəsinə qalxmasi, 2024-cü ildə dünya üçün narahatlıq doğuran siqnal olaraq qiymətləndirilir."Ulusum".az Nature jurnalına istinadən xəbər verir ki, bunu İngiltərənin Ekseter Universitetinin alimi Geyl Uaytmen bildirib. Lakin, onun sözlərinə görə, cəmiyyətin bu səbəbdən hər hansı bir tədbir görməsi ehtimalı azdır.Uaytmen izah edib ki, hazırda insanlar təhlükəli dərəcədə özünəqane olmaq mərhələsinə keçə bilərlər. İnsanlıq müəyyən bir iqlim həddini keçib və bunun nəticəsində bütün planet sakinləri tərəfindən dərhal hiss edilən fəlakətli təsirlər yaranmayıb, buna görə də insanların ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün motivasiyası azalabilir.Daha əvvəl heliofizik Scott William McIntosh xəbərdarlıq edib ki, 2025-ci ildə insanlıq, planetin görünüşünü dəyişə biləcək bir sıra dağıdıcı fəlakətlərlə üzləşəcək. Onun sözlərinə görə, böyük miqyaslı sel, qasırğalar, dənizaltı vulkanların püskürməsi gözlənilir ki, bu da bir çox ölkənin ekosisteminə və iqtisadi sabitliyinə təhdid edir.Qeyd edək ki, 23 dekabrda Havai adalarında böyük Kilauea vulkanı püskürməyə başlayıb. Bölgədəki hava trafikində xəbərdarlıq səviyyəsi sarıdan narıncıya qaldırılıb. Püskürmə, Kilauea zirvəsinin kalderasında yerləşən Halema'uma'u kraterində baş verib və Havai Vulkanları Milli Parkının bağlanmış ərazisində günün böyük hissəsini davam edib.Səidə Mustafa

Diqqət Çəkənlər

Zənginləri məhv etmək və gizlincə izləri ört-basdır etmək: Ulduzların malikanələrini yer üzündən silən yanğınların günahkarı kimdir?

Gələcəkdəki nəsillərə təsir edən "ataların borcları": Genetik yaddaş nədir və o, bizim gələcəyimizə necə təsir edir? -Ekspert danışır

Nazim Hikmət 123 yaşında: Ədəbiyyat Dahisi üçün Türkiyədə Anma Tədbirləri Keçiriləcək

Chosen
4
ulusum.az

1Sources