EN

160 min ildən sonra ilk dəfə bu gecə görünəcək

C/2024 G3 (ATLAS) adlı komet 13 yanvar 2025-ci ildə Günəşə ən yaxın mövqeyi olan periheliona çatacaq və Yerə ən yaxın məsafədən keçəcək.

News24.az xəbər verir ki, C/2024 G3 kometası 5 aprel 2024-cü ildə Çilidə teleskopla kəşf edilib. Kometin Günəş sisteminin xarici bölgələrindəki Oort buludundan gəldiyi və daha əvvəl Günəşə yaxınlaşdığı anlaşılıb.

Kometalar ilk Günəş sistemindən qalan qaya və buz parçalarıdır. Onlar Günəşə yaxınlaşdıqca isinərək parlayan koma və milyonlarla kilometr uzanan quyruq əmələ gətirirlər.

Xatırladaq ki, 2 yanvar 2025-ci ildə kometa parlaqlıq partlayışı yaşayıb və adi gözlə görünən səviyyəyə çatıb. Yanvarın 13-də Günəşdən 13 milyon 991 min 200 kilometr, Yerdən isə 140 milyon 173 min kilometr uzaqlıqda olacaq. Bəzi hesablamalara görə, kometin parlaqlığı -4 bal gücünə yüksələ bilər ki, bu da səmada unikal mənzərə yarada bilər.

Qeyd edək ki, kometa gün batdıqdan dərhal sonra qərb üfüqdə, xüsusən də Cənub yarımkürəsində görünəcək.

Şimal yarımkürəsində baxış şəraiti daha çətin olacaq. 

Günel Məlikzadə



Chosen
8
news24.az

1Sources