"Mançester Siti"nin cinah müdafiəçisi Kayl Uokerin onun xidmətində maraqlı olan "Milan"la apardığı danışıqların detalları açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Məlumata görə, Uoker "qırmızı-qaralar"dan müddəti 2027-ci ilə qədər olan müqavilə, illik 4 milyon avro əməkhaqqı və müxtəlif bonuslar tələb edib.
Daha öncə "Milan" prezidentinin məsləhətçisi qismində fəaliyyət göstərən Zlatan İbrahimoviçin Kaylla görüşdüyü bildirilmişdi.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm MS forması ilə bütün turnirlərdə 18 matça çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun "şəhərlilər"lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı 34 yaşlı Uokerin transfer qiymətini 10 milyon avro ilə dəyərləndirir.
Nihat