EN

Aİ Ukraynaya 140 milyon avro humanitar yardım ayırıb

Avropa İttifaqı (Aİ) Ukraynaya 140 milyon avroluq humanitar yardım paketi elan edib.

Missiya.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, maliyyə dəstəyi təcili yardım, o cümlədən qida, sığınacaq, içməli su, səhiyyə və soyuqdan qorunmaq üçün istifadə olunacaq.

“Əsas prioritet ölkənin ağır zərər çəkmiş bölgələrində həssas əhali qruplarına dəstək olmaqdır”, - deyə vurğulanıb.

Qeyd olunub ki, bundan əlavə, Aİ ukraynalı qaçqınların qəbulu xərcləri üçün Moldovaya əlavə 8 milyon avro ayıracaq.

Daşqın HəsənovMissiya.Az

Chosen
4
missiya.az

1Sources