EN

Azərbaycan millisinin üzvü Türkiyə klubundan ayrılıb

Bakı, 13 yanvar, AZƏRTAC

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Jalə Məhsimova Türkiyənin “Bəylərbəyi” komandasından ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə 28 yaşlı müdafiəçi sosial şəbəkə hesabında məlumat verib.

O, qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verildiyini bildirib.

Qeyd edək ki, Jalə Məhsimova ötən ildən “Bəylərbəyi” komandasında çıxış edirdi.

Chosen
4
1
azertag.az

2Sources