EN

Belçikada 10 minlərlə insan paytaxt küçələrinə axışıb

Bakı. Trend:

Belçikanın paytaxtı Brüsseldə hökumətin sərt pensiyaislahatlarına qarşı ümumilli tətil çərçivəsində keçirilən etirazaksiyasına 100 mindən çox insan qatılıb.

Trend TASS-aistinadən xəbər verir ki, bu barədə ölkənin ən iri 3 həmkarlarittifaqının bəyanatlarında deyilir.

Aksiya iştirakçıları kütləvi yürüşə qırmızı, sarı, göy və yaşılgödəkçələrdə çıxıblar. Bu rənglər müvafiq həmkarlar ittifaqlarınıvə ekoloji hərəkatları təmsil edir. Etirazçılar mərkəzi dəmiryoluvağzalından Ədalət sarayına qədər maneəsiz irəliləyiblər. Yerlihökumətin aksiyaya icazə verdiyi deyilir. Şəhərə səfərbər olunmuşpolis qüvvələri şəhərin mərkəzi yollarını bağlayıb.

“Biz ədalət tələb etməyə çıxmışıq. Hakimiyyət büdcəiqtisadiyyatı istəyir, amma bunun üçün kasıblardan məcburi qaydadapul yığılır. Bu yolverilməzdir. Varlılardan da pul yığılmalıdır”, -aksiya iştirakçılarından biri söyləyib.

Qeyd edək ki, yanvarın 1-də Belçikada əmək təqaüdü yaşı 65-dən66-ya qaldırılıb, 2030-cu ilə kimi isə 67 yaşa çatdırılması nəzərdətutulur. Bundan başqa, sosial müavinət və təqaüdlərlə bağlı 3milyard avroluq ixtisarların həyata keçiriləcəyi gözlənilir.Belçika hökumətinin bu qərarı dövlət və ictimai sektorun işçilərinihiddətləndirib.

Chosen
10
az.trend.az

1Sources