1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin təmsilçisi "Hatayspor"a Azərbaycan millisinin hücumçusu Renat Dadaşova görə transfer qadağası qoyulub.
Oxu.Az "Ajansspor"a istinadən xəbər verir ki, Superliqa klubu Renata borclu olduğu üçün iki mövsüm yeni oyunçu ala bilməyəcək.
Mənbə "Hatayspor"un İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyi halda, vəziyyəti dəyişə biləcəyini vurğulayıb.
Qeyd edək ki, hazırda "Ankaragücü"də çıxış edən Dadaşov 2023/2024 mövsümündə Hatay komandasında top qovub.