EN

Yaponiyada güclü zəlzələ, sunami təhlükəsi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yaponiyada güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib.

6,9 bal gücündə zəlzələ ölkənin böyüklüyünə görə üçüncü olan Kyusyu adasının cənubundakı Miyadzaki prefekturasının ərazisində, 30 km dərinlikdə baş verib.

Bu barədə ölkənin meteorologiya idarəsi məlumat verib.

Sahil dalğalarının hündürlüyü 1 metrə çatıb.

Dağıntılar barəsində məlumat yoxdur.

Hakimiyyət yerli sakinləri dərhal sahil xəttini tərk etməyə çağırıb.

Hürr Tərcüman

Chosen
29
hurriyyet.az

1Sources