EN

Bakıda taksi sürücüsündən qeyri-adekvat davranış - Maşını gözüyumulu sürdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda taksi sürücüsü sərnişinə qorxu dolu anlar yaşadıb.
Oxu.Az Baku.ws-ə istinadla xəbər verir ki, sərnişinin sözlərinə görə, hadisə ötən il dekabrın 27-də baş verib.
Belə ki, taksi şirkətlərindən birinə aid "77-RY-169" dövlət nömrə nişanlı maşının sürücüsü nəqliyyat vasitəsini idarə edən zaman qəribə davranışlar sərgiləyib. O, maşını mürgüləyərək idarə edib və bir neçə dəfə yol hərəkəti qaydalarını pozub.
"Beş dəqiqəlik yolda beş-altı dəfə qayda pozdu. "Saxla" deməyimə baxmayaraq, maşını saxlamadı", - deyə sərnişin bildirib.
Hadisə barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məlumat verilib. Açıqlama olacağı təqdirdə xəbər veriləcək.
Sözügedən kadrları təqdim edirik:
Chosen
12
7
oxu.az

10Sources