EN

100-dən çox idmançının keyfiyyətsiz medalları geri qaytarıldı

2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya və Paralimpiya Oyunlarında medal qazanan 100-dən çox idmançının medalları keyfiyyətsiz olduğuna görə geri qaytarılıb.

"Unikal" xəbər verir ki, medalları istehsal edən Paris Sikkəxanasının rəhbərliyi artıq üç əsas mütəxəssisi işdən çıxarıb: sənaye direktoru, istehsal direktoru və keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühit departamentinin rəhbəri.

Daha əvvəl Paris 2024-də idman yarışlarında bürünc medal qazanan amerikalı skeytbordçu Nayca Hyuston və fransalı üzgüçü Maksim Qrousset səhv medallardan şikayətləniblər. Yarışların bitməsindən iki həftə keçməmiş medalların üzərindəki örtük çatlamağa və soyulmağa başlayıb.

Chosen
9
1
unikal.az

2Sources