EN

Borcluların dünyası | İNFOQRAFİKA

5.2 milyard dollarhəcmindəki xarici borcumuz illər keçdikcə daha da azalacaq. Ona görə də, Prezidentin sözlərinə görə, əlavə maliyyə resurslarının cəlb edilməsi məqsədəuyğun sayıla bilər və artıq hökumət bu istiqamətdə fəaliyyətə başlayıb.

Bəs digər ölkələrdə vəziyyət necədir?

Dünyadakı bütün dövlətlərin ümumi xarici borclarının cəmi son 10 ildə 42.4 trilyon dollar artaraq,102.1 trilyon dollara çatıb. Bunun 1/3-dən çoxu, yəni34.6%-i ABŞ-nin payına düşür.Birləşmiş Ştatların36 trilyon dollara yaxın xarici borcu onun ÜDM-dən çoxdur, daha dəqiqi,123%-nə bərabərdir.

Çinin16,4 trilyon dolları aşan xarici borcu son 10 ildə 40% artaraq,ÜDM-nin 90.1%-nəçatıb. Bu, dünyadakı məcmu borclanmanın 16.1%-i edir. BVF-nin hesablamalarına görə, Çinin xarici borcu yaxın beş ildə artaraq, ÜDM-sinin 111.1%-nə çatacaq.


Siyahıda 3-6-cı yerləri tutan Yaponiyanın, Britaniyanın, Fransanın, İtaliyanın, 9-cu yerdəki Kanadanın da xarici borcları ÜDM-lərinin həcmindən çoxdur. İlk onluqdakı dövlətlərin arasında ÜDM-yə nisbətdə ən böyük borclanmaYaponiyadadır: 255 %.

Bütövlükdə dünya miqyasında “rekord” isə bitib-tükənmək bilməyən münaqişələrdən əziyyət çəkənSudandadır : onun xarici borcu ÜDM-sinin344%-nitəşkil edir.


2024-cü ildə xarici borclar üzrə faiz ödəmələrinin ümumi məbləği$892 milyard edib.2034-cü ildə bu rəqəmin $1.7 trilyona çatacağı gözlənilir.

Tariyel Həsənov
AzVision.az
Chosen
15
azvision.az

1Sources