Bəs digər ölkələrdə vəziyyət necədir?
Dünyadakı bütün dövlətlərin ümumi xarici borclarının cəmi son 10 ildə 42.4 trilyon dollar artaraq,102.1 trilyon dollara çatıb. Bunun 1/3-dən çoxu, yəni34.6%-i ABŞ-nin payına düşür.Birləşmiş Ştatların36 trilyon dollara yaxın xarici borcu onun ÜDM-dən çoxdur, daha dəqiqi,123%-nə bərabərdir.
Çinin16,4 trilyon dolları aşan xarici borcu son 10 ildə 40% artaraq,ÜDM-nin 90.1%-nəçatıb. Bu, dünyadakı məcmu borclanmanın 16.1%-i edir. BVF-nin hesablamalarına görə, Çinin xarici borcu yaxın beş ildə artaraq, ÜDM-sinin 111.1%-nə çatacaq.
![](https://azvision.az/photos/2025/01/2024-en-cox-borc-cedvel-1736789575.jpg)
Siyahıda 3-6-cı yerləri tutan Yaponiyanın, Britaniyanın, Fransanın, İtaliyanın, 9-cu yerdəki Kanadanın da xarici borcları ÜDM-lərinin həcmindən çoxdur. İlk onluqdakı dövlətlərin arasında ÜDM-yə nisbətdə ən böyük borclanmaYaponiyadadır: 255 %.
Bütövlükdə dünya miqyasında “rekord” isə bitib-tükənmək bilməyən münaqişələrdən əziyyət çəkənSudandadır : onun xarici borcu ÜDM-sinin344%-nitəşkil edir.
![](https://azvision.az/photos/2025/01/xarici-borclar-1736789549.jpg)
2024-cü ildə xarici borclar üzrə faiz ödəmələrinin ümumi məbləği$892 milyard edib.2034-cü ildə bu rəqəmin $1.7 trilyona çatacağı gözlənilir.
Tariyel Həsənov
AzVision.az