EN

Restoranda partlayış nəticəsində 6 nəfər həlak oldu

Çexiyanın Most şəhərində restoranda partlayış baş verib


İlkin məlumata görə, qaz balonunun partlaması qızdırıcının aşması nəticəsində baş verib.


Sfera.az bildirir ki, restoranda propan-butan balonunun partlaması nəticəsində bina alovlanıb. Nəticədə 6 nəfər həlak olub.


Baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Çexiyanın Yanğın və Xilasetmə Xidməti bildirib ki, restoran və yaxınlıqdakı binalardan 30 nəfər təxliyə edilib.
 

Ölən və yaralananlar arasında əcnəbilərin olub-olmadığı məlum deyil.
 

“Hadisə şahidlərinin ilkin məlumatlarına görə, qızdırıcının aşması yanğına səbəb olub” - deyə yanğınsöndürmə briqadasından bildiriblər.
 

Daxili işlər naziri Vit Rakusan jurnalistlərə bildirib ki, səbəb çox güman ki, restoranın qarşısındakı bağda yıxılan propan-butan qızdırıcısı olub.


Yanğınsöndürmə qrupları tualetdə sıxılmış vəziyyətdə qalan ağır yaralanmış bir restoran işçisini də xilas etdiklərini bildiriblər.
 

KİV-in məlumatına görə, partlayış zamanı restoranda 20-yə yaxın qonaq olub.
 

Polis terroru istisna edib. Regional polis direktoru Zbyněk Dvořák qurbanların şəxsiyyətinin hələ də məlum olmadığını bildirib.
 

Qeyd edək ki, bu, 1990-cı ildən bəri Çexiyada baş verən altıncı ən böyük yanğındır. Ən ölümcül hadisə 2020-ci ilin avqustunda, Bohumində bir mənzilin yandırılması nəticəsində 11 nəfərin ölməsi ilə nəticələnib.


Aynil

 

Chosen
7
sfera.az

1Sources