EN

“Antalyaspor” Aleksi istefaya GÖNDƏRDİ

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

Bizim.Media xəbər verir ki, "Antalyaspor" Aleks de Souza ilə yollarını ayırıb. Dünən çempionatın 19-cu turunda "Trabzonspor"a 0:5 hesabı ilə uduzan komandanın rəhbərliyi braziliyalı mütəxəssislə əməkdaşlığa son verib.

Qeyd edək ki, "Antalyaspor" 21 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
14
bizim.media

1Sources