EN

“Tesla” qiyməti salır: “Q” modeli bu il satışa çıxacaq

“Tesla Model Q” elektromobili “Tesla Model 3”dən15% kiçik və 30% yüngül olacaq. Nəticədə onun istehsal xərcləri aşağı düşür. Elektromobilin $30.000-dan aşağı qiymətə (güman ki,təxminən $25.000 həndəvərində ) bazara çıxarılacağı gözlənilir. Bu, digər bənzər maşınlarla rəqabətdə uduzmamaq məqsədilə edilir.


Avtomobiliki konfiqurasiyada - 53 və 75 kvt/saatlıq dəmir-fosfat batareyalı versiyalarda satışa çıxarılacaq. Maksimal yürüş məsafəsi 500 km. olacaq.

Alıcılar həmçinin, arxa ikisi, yoxsa dörd təkəri aparıcı olan modellərin arasında seçim edə biləcəklər.


“Tesla Model Q” bu ilin birinci yarısında satışa çıxarılacaq. Ekspertlərin fikrincə, bundan sonra “Tesla”nın satış həcmi 30-40 faiz arta bilər.

Samir Quliyev
AzVision.az
Chosen
11
azvision.az

1Sources