EN

Meşənin ortasında inanılmaz tapıntılara rast gəldi - FOTOLAR

ABŞ-ın Ohayo ştatında Uill adlı gənc meşədə gəzərkən dəhşətli bir şeylə rastlaşıb.

Sfera.az bildirir ki, Uillin hekayəsi böyük səs-küyə səbəb olub. Oğlan öz nəticələrini internetdə tematik forumlardan birində paylaşaraq bunun əslində nə ola biləcəyi ilə bağlı geniş müzakirələrə səbəb olub.
 

9000-ə yaxın bəyənmə toplayan fotoda Uill tarlanın ortasında cərgələrə düzülmüş yüzlərlə maral sümüyü nümayiş etdirib. İzləyicilər dərhal heyvanın qalıqlarının qəbiristanlığa necə və niyə düşdüyünə dair fərziyyələr irəli sürməyə başlayıblar.
 

"Mən bunları Ohayo ştatındakı Kliffford su anbarının yaxınlığında tapdım. Qazmağa başlayanda şoka düşdüm. Bilirəm ki, ov ərazisi olduğu üçün əvvəllər ora maral cəsədləri atılıb, amma mən heç vaxt belə bir şey görməmişəm" - deyə yazı müəllifi qeyd edib.


Yazı böyük səs-küyə səbəb olub, yüzlərlə sosial şəbəkə istifadəçisi qeyri-adi tapıntıya öz reaksiyalarını şərhlərdə paylaşıb.
 

Müzakirə iştirakçılarından biri yazıb: “Bəlkə kimsə bıçaq tutacaqları düzəldir, amma mən başa düşmürəm ki, niyə meşədə sümük qoyub getsinlər”
 

Yeri gəlmişkən, qeyd edək ki, Ohayo maral ovunun çox yayıldığı Amerika ştatlarından biridir. “Wildlife Observer”in məlumatına görə, ABŞ-da 35-36 milyon maral var, Ohayoda isə 670.000 maral tapılıb.

 

Aysel

Chosen
10
sfera.az

1Sources