1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Çinin Yunnan əyalətində polis əməkdaşı qanun pozucusunun həbsi zamanı yüksək peşəkarlıq nümayiş etdirib və bununla da sosial şəbəkələrin ulduzuna çevrilib.
Oxu.Az-ın verdiyi məlumata görə, hadisənin videosu sürətlə yayılaraq böyük müzakirələrə səbəb olub.
Kadrlarda polisin qanun pozucusuna qarşı ildırım sürətli reaksiyası görünür. Hüquq mühafizəçisi kişini fəndlə yerə yıxır. İstifadəçilər polisin bütün hərəkətləri dəqiq və əlaqəli şəkildə yerinə yetirməsini, döyüş filmindən məşq edilmiş səhnəni xatırlatdığını bildiriblər.